HD ilə 4K arasında fərq nədir?
4K görüntü Full HD-dən dörd dəfə çox nöqtədən ibarətdir.
Fərq böyük ekranda və yaxın məsafədən görünür. 32–40 düymlük televizorda 3 metrdən HD ilə 4K-nı ayırmaq çətindir.
4K yalnız 4K televizorda mənalıdır və daha sürətli internet tələb edir. İnternet zəifdirsə, HD yayım daha rahat izlənir.