IPTV ilə peyk antenasının fərqi nədir?
Peyk siqnalı göydən, IPTV isə internet xəttindən gəlir.
Peyk antenası bir dəfə qurulandan sonra açıq yayımlar üçün aylıq ödəniş tələb etmir, amma montaj, düzgün istiqamət və açıq görüş xətti istəyir. Güclü yağış və külək siqnalı kəsə bilir.
IPTV hava şəraitindən asılı deyil və montaj tələb etmir, əvəzində sabit internet və abunəlik lazımdır.