M3U nədir?
Yayım siyahısını saxlayan fayl və ya link formatıdır.
M3U linkini pleyerə yapışdıranda tətbiq siyahını həmin ünvandan yükləyir. Format çox köhnə və geniş yayılmışdır, ona görə demək olar hər pleyer onu tanıyır.
Link uzun olduğu üçün pultla yazmaq çətindir. Televizorda adətən daha qısa olan istifadəçi adı və şifrə ilə giriş üsulu seçilir.